📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana kiber təhdidlərin qarşısı bu cür alınıb- RƏSMİ

2022-11-05 15:36:00

Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana kiber təhdidlərin qarşısı bu cür alınıb- RƏSMİ

"Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana qarşı kiber məkanda genişmiqyaslı təhdidlərin qarşısı uğurla alınıb".

Hurriyyet.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

“Müzəffər Ali Baş Komandanımızın qətiyyətli idarəçiliyi altında Dövlət Təhlükəsizliyi Xidməti düşmənin ölkəmizin ərazisində törətmək istədiyi terror-təxribat planlarının və niyyətlərinin qarşısının alınması istiqamətində bütün qüvvə və vasitələrini səfərbərliyə almaqla ordumuzun qalibiyyəti üçün həvalə olunmuş səlahiyyətlər çərçivəsində hərtərəfli dəstək göstərib, Ali Baş Komandanın bütün göstəriş və tapşırıqlarını peşəkarlıqla yerinə yetirib”, -Ə.Nağıyev vurğulayıb.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana qarşı kiber məkanda və informasiya təhlükəsizliyi sahəsində də genişmiqyaslı təhdidlər olub və dezinformasiya fəaliyyəti aparılıb, belə cəhdlərin də qarşısı uğurla alınaraq, düşmənə qarşı əks həmlələr müvəffəqiyyətlə həyata keçirilib:

“Vaxtında əldə olunmuş kəşfiyyat məlumatları düşmənin əks-hücumlarının qarşısının alınmasında, Silahlı Qüvvələrimiz tərəfindən uğurlu hərbi əməliyyatların keçirilməsi və ayrı-ayrı yaşayış məntəqələrimizin az itki ilə düşməndən azad edilməsində həlledici rol oynayıb”.