📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi iştirakçısı 55 bal topladı

2024-06-24 22:54:28

Vətən müharibəsi iştirakçısı 55 bal topladı

Vətən müharibəsi iştirakçısı müəllimiz 55 bal toplayaraq yüksək nəticə göstərib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Şəmkir rayon S.Məmmədov adına Zəyəm qəsəbə 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Hüseyn Şamilli təhsilverənlərin sertifikatlaşdırılması prosesinində 55 bal toplayıb.

Qeyd edək ki, o, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.