📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi

2026-11-16 19:29:41

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.