Vətən müharibəsi iştirakçısı su kanalında batdı
2023-07-25 11:57:00
Bərdədə Vətən müharibəsi iştirakçısı su kanalında batıb.
Hurriyyet.az xəbər verir ki, Bərdədə 21 yaşlı gənc su kanalında batıb.
Qarabağ Su kanalının Rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində 2002-ci il təvəllüdlü Kənan Eyvazov su kanalında batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Axtarışlar davam etdirilir.