📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

2026-10-04 18:09:02

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə yeni icra nümayəndəsi təyin olunub.

Hurriyyet.net  Yurd.media-ya istinadən xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Orxan Qafur oğlu İmanov təyin edilib.

Qeyd edək ki, Orxan İmanov Vətən müharibəsi iştirakçısıdır.

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - Foto