Vətən müharibəsi qazisi Sumqayıt Tibb Mərkəzinin direktoru tərəfindən işlə təmin edildi
Vətən müharibəsi qazisi Əliyev Namiq Mikayıl oğlu redaksiyamıza müraciət edərək, Sumqayıt Tibb Merkezinin direktoru Sakine Sadıxovaya təşəkkür məktubunun yayımlanmasını xahiş edib. Vətən müharibəsində könüllü döyüşlərə yollanan qazimiz ölkə başçısı tərəfindən "Suqovuşanin azad olunması" medalı ilə təltif olunub. O Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova tərəfindən iki dəfə müayinə və müalicəyə, bir dəfə isə böyrəyindən əməliyyat olunmasına köməklik etdiyini qeyd edib:
"Əliyev Namiq Mikayıl oğlu 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslən Corat kəndindənəm. 30sentyabrda könüllü olaraq döyüşlərə qatılmışam. N saylı hərbi hissədə kəşfiyyat taborunda kəşfiyyatçı snayper kimi Suqovuşan uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm. Cənab Prezident İlham Əliyev tərəfindən "Suqovuşanin azad olunması" medalı ilə təltif olunmuşam. Aileliyem bir oğlan övladım var. Döyüşlərə gedərkən övladım 11 günlük idi. Müharibədən qayıtdıqda sonra Sumqayıt Tibb Merkezinin direktoru Sakine Sadıxovanın qəbulunda oldum. Çox sağolsun məni gözəl qarşıladı. İşsiz olduğumu bildirdim və xahiş etdim ki, məni təcili tibbi yardıma sürücü vəzifəsinə təyin etsin. Çox sağ olsun ki, məni işə qəbul etdi. İki dəfə məni müayinə və müalicəyə, bir dəfə isə böyrəyimdən əməliyyat olunmağıma yaxından təmənnasız köməklik etdi. Zəfər günü münasibəti ilə məni "fəxri fərman" ilə təltif etdi".


