📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi qazisi vəfat etdi

2022-02-05 15:41:00

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Məmişov İlqar Vaqif oğlu vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, o, 1 ildən artıq müddət ərzində xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Xatırladaq ki, İlqar Məmişov 44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanmış və Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışdı.

Qazimiz ailəli idi, bir övladı yadigar qalıb.

Oxu.Az