📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi qazisi vəfat etdi (FOTO)

2023-06-27 19:46:00

Vətən müharibəsi qazisi vəfat etdi (FOTO)

Vətən müharibəsi iştirakçısı Fərid Ağamalıyev vəfat edib.

Siyəzən rayon sakini F.Ağamaliyev xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Fərid və qardaşı müharibə başlayan gündən sona qədər ön xətdə xidmət ediblər. Fərid döyüş zamanı yaralanmışdı. Onların atası Mayis Ağamalıyev müharibə gedişində vəfat edib. Döyüşdə "suriyalı” ləqəbi ilə tanınan qazimiz göstərdiyi igidliyə görə "Cəsur döyüşçü” və "Döyüşdə fərqlənməyə görə” medalları ilə medalı ilə təltif edilib.

Fərid ailəli olub, 1 azyaşlı övladı yadigar qalıb.

 

 

Qafqazinfo.Az