Vətən Müharibəsi Qəhrəmanı ata oldu - Foto
2026-09-21 12:39:25
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə ata olub.
Hurriyyet.media xəbər verir ki, onun ilk övladı dünyaya göz açıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü A.Abdullazadə 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. O, qazi olaraq sağ gözünü itirib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
