📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri təyin edildi

2022-04-20 11:35:00

Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri təyin edildi

Daxili Qoşunların "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

Hurriyyet.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsinə komandir təyin edilib.

Qeyd edək ki, 40 yaşlı Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” rütbəsi alıb. Vətən Müharibəsi zamanı Hadrut döyüşlərində xüsusi şücaət göstərib. Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.