📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

2022-07-15 09:41:00

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

Vətən müharibəsi şəhidi Anar Yusifovun atası Sərxan Yusifov vəfat edib.

Hurriyyet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, ötən gecə dünyasını dəyişib.

Məlumata görə, Sərxan Yusifov bir müddət əvvəl açıq ürək əməliyyatı keçirmişdi.

Qeyd edək ki, Ağdamın Sarıcalı kəndindən olan Yusifov Anar Sərxan oğlu 1991-ci mayın 9-da anadan olub. Vətən müharibəsinə könüllü olaraq qatılıb, 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Anar Yusifovun qardaşı Müşfiq Yusifov da döyüşlərdə könüllü olaraq iştirak edib.