📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi şəhidinin övladı faciəvi şəkildə öldü

2022-07-18 09:00:00

Vətən müharibəsi şəhidinin övladı faciəvi şəkildə öldü

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.

Hurriyyet.az xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.