📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsinin qazisi dünyasını dəyişdi

2021-11-15 12:37:00

Vətən müharibəsinin qazisi dünyasını dəyişdi

44 günlük Vətən müharibəsinin qazisi İslam Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib.

Hurriyyet.az
xəbər verir ki, bu barədə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, qazi gecə yatıb, səhər yuxudan ayılmayıb. Onun ürəktutmasından vəfat etdiyi güman olunur.

İslam Əlizadə 44 günlük Vətən müharibəsində ayağından yaralanmış və müalicə olunmuşdu.

Allah rəhmət eləsin!