📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto

2026-10-19 14:39:32

Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Əmr imzalayıb.

Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.

Digər Əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib. M.Mehdixanov buna qədər Şəmkir Maşın-Kanal və Nasos Stansiyalarının İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.