📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətəni Avropanın bir qarın çörəyinə satanlar

2024-07-26 19:27:12

Vətəni Avropanın bir qarın çörəyinə satanlar

Son illər Fransanın Azərbaycana qarşı bütün vasitələrlə təzyiq göstərməyə çalışdığı kimsəyə sirr deyil. Hətta bu sıraya digər Avropa dövlətlərini də daxil etmək olar. Hansı ki, özlərini “demokratiya mənbəyi” hesab edən Qərb dünyasının dövlətimizə qarşı hər cür təzyiq mexanimzinə əl atdığı hər birimizin gözləri qarşısındadır.

Avropadakı müəyyən dairələr “demokratiya” adı altında bizi aşağılayaraq, öz çirkin niyyətlərini həyata keçirmək üçün əllərindən gələni edirlər. Nədənsə, insan hüquq və azadlıqları daha kobud şəkildə pozulan xristian dövlətlərinə qarşı loyallıq göstərirlər. Əslində isə, bu ikili standartı görmək üçün siyasətçi və ya jurnalist olmaq lazım deyil. Çünki “xoruz”u nə qədər gizlətsələr də, quyruğu görünür.

Yuxarıdakıları qeyd etməkdə məqsədimiz Qərbin “iç üzünü” millətimzə göstərməkdir. Və xüsusən də önu qeyd etmək istəyirik ki, bizdən demokratiya tələb edənlər istismarçılıq siyasəti üçün zəmin yaradırlar. Çox uzağa getməyək, Fransanın tarixinə diqqət etdikdə, fransızların müstəqil ölkələri necə vassala çevirdikləri aşkardır.

Çox təəssüflə qeyd etməliyik ki, vaxtilə belə güclər hazırda vətəninə, millətinə xəyanət edən “sapı özümüzdən olan baltalar”dan, konkret desək Nizam Baqiyevlərdən istifadə edib. Odur ki, biz gərək xalq olaraq Qərbin çirkin niyyətləri qarşısında ayıq-sayıq olaq.

Bəli, içimizdə elə xainlər var ki, onlar dövlətimizə düşmənçilik bəsləyən qüvvələrlə bir sırada yer alırlar. Konkret olaraq, Qərbə sığınan “siyasi fəal” Nizam Baqiyev də bunlardan biridir. Vətəni Avropanın bir qarın çörəyinə satan bu zat açıq-aşkar dövlətimizə qarşı təxribatla məşquldur. O, Azərbaycan dövlətinə və dövlətçiliyinə xəyanət etməklə, bizə “yağlı yem” kimi baxan dövlətlərin əlində alətə çevrilib. Qeyd edim ki, bu xəyanətkar Avropaya sığınaraq, ölkəmizə qarşı “dəyənək” rolunda çıxış edir. Təbii ki, belə kiçik “dəyənək”lərdən çox olsa, həmin dövlətin xeyrinə çox yarayar.

Belələri Azərbaycan Pezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanın şəkillərini yerə sərərək, müxtəlif böhtanlar və təhqirlərdən də çəkinmirlər. Əlbəttə, gələcəkdə belə satqınları xalqımız aşkara çıxarıb, ifşa edəcək. O cümlədən, Nizam Baqiyevin də nə vaxtsa Azərbaycanda hüquqi qarşısında cavab verəcəyinə kimsənin şübhəsi olmasın.

RƏŞAD