📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətənin Şahin oğlu - FOTO

2023-12-18 22:38:12

Vətənin Şahin oğlu - FOTO

Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən növbəti tədbir  Vətən müharibəsi şəhidi Şahin Azər oğlu Ağayevin  qısa ömrünün 30 illiyinə həsr edilmişdi.

Kitabxananın əməkdaşı R.Dadaşovun giriş  sözü ilə açılan tədbirdə bildirildi ki, 44 günlük haqq savaşımızda  Vətən müharibəsində igidlik və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də şəhid Şahin Ağayev olub. Xalqımıza qələbə sevincini belə qəhrəman Vətən oğulları yaşadıb. Şahin indi bütün Azərbaycan xalqı üçün iftixar mənbəyi, qürur yeridir. Vətən naminə şüurlu şəkildə sinəsini düşmən gülləsinə sipər edən oğullar ölməzdir.

Daha sonra  qəhrəman döyüşçümüzün həyat və döyüş yolu haqqında ətraflı məlumat verən kitabxananın digər əməkdaşı Ş. Nəsirova dedi:

- Şəhid Şahin Ağayev  1993-cü ildə Bakı şəhərində anadan olub. Nümunəvi xidmətlərinə görə dəfələrlə hərbi hissənin “Fəxri fərman” və “Təşəkkürnamə” sinə layiq görülüb.  Qəhrəman Vətən sevdalısı  Ş. Ağayev 44 günlük haqq savaşımızda   döyüşlərə Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçısı kimi qatılıb. Oktyabrın 25-də Qubadlıda yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Əvvəlcə Qaradağ rayonundakı ümumşəhər qəbiristanlığında dəfn olunan Şahin Ağayevin məzarı az sonra Bakı şəhərində İkinci Fəxri Xiyabana köçürülüb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında Şahin Ağayev ölümündən sonra “Vətən uğrunda”, Füzulinin  və Cəbrayılın azad görə medallarla təltif olunub.

Zəfər ORUCOĞLU