📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Veteran futbolçu vəfat etdi

2026-04-02 18:56:28

Veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Füzuli Şeydayev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisi "Şimal" futbol klubu məlumat yayıb.

O, Xaçmaz şəhərində qəfildən ürək tutmasından 48 yaşında vəfat edib.

Şeydayev həvəskarlar liqasında “Nabran” və “Xaçmaz” komandalarının şərəfini qoruyub, U-16 yığmasının üzvü olub.

Mərhum futbolçu əslən Qusar rayonundandır.