📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Veteran pulu artırıla bilər?

2024-11-12 10:46:20

Veteran pulu artırıla bilər?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteran pulunun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Hurriyyet.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - deyə S. Babayev əlavə edib.

Qafqazinfo.az