📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vəzifəli şəxs maşınla piyadanı vurub öldürdü

2025-01-13 09:00:47

Vəzifəli şəxs maşınla piyadanı vurub öldürdü

Bakıda vəzifəli şəxs avtomobillə piyadanı vuraraq, ölümünə səbəb olub.

Hurriyyet.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mersedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.