📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vəzifəli şəxsləri və vətəndaşları şərləyən şəxs həbs olundu

2022-02-10 11:12:00

Vəzifəli şəxsləri və vətəndaşları şərləyən şəxs həbs olundu

Dövlət qurumlarının vəzifəli şəxslərini və rayonun nüfuzlu şəxslərini şərləyən Siyəzən şəhər sakini Quliyev Ruslan Məmməd oğlu həbs olundu.

Hurriyyet.az xəbər verir ki, əvvəllər də dələduzluq maddəsi ilə məhkum olunmuş R.Quliyev rayonun nüfuzlu şəxslərini, dövlət qurumlarının vəzifəli şəxslərini, hökumət üzvlərini şərləməkdə, onların şərəf və ləyaqətini ləkələməklə ittiham olunurdu.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 7 yanvar 2022-ci il tarixdə R.Quliyev Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə axtarışa verilmişdir.

Barəsində axtarış elan olunan R. Quliyev Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Siyəzən Rayon Məhkəməsində hakim qarşısına çıxarılmışdır. O, Cinayət Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 gün müddətinə azadlıqdan məhrum edilmişdir.

YƏHYA