📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vəzirovun Moskvadakı dəfnindən - Fotolar

2022-01-12 16:16:00

Vəzirovun Moskvadakı dəfnindən - Fotolar

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, o, Troekurovskoe qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfndən əvvəl keçirilən vida mərasimində Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib. Sonra Quran ayələri oxunub.

Qeyd edək ki, 1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb.