Vəziyyət ruscadır, “NATO hələ gəlməyib” – Zelenski “Netflix”ə müsahibə verdi, odessalı yəhudilərdən danışdı
Hurriyyet.az “Forbes.ua” portalına istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski amerikalı komediya ustası Devid Lettermana “Netflix” kanalının “Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı şou proqramı üçün müsahibə verib.
Söhbət zamanı Ukrayna dövlətinin başçısı şoumenə Odessada müharibənin necə müzakirə olunduğuna dair lətifə danışıb:
“İki Odessalı görüşür... İki Odessa yəhudisi. Və biri digərinə deyir:
- Nə var-nə yox? Orda vəziyyət necədir, nə deyirlər?
- Deyirlər müharibədir.
- Nə müharibə?
- Rusiya NATO ilə müharibə edir!
- Doğrudan?!
- Bəli, bəli, müharibə, Rusiya NATO ilə müharibə aparır.
- Bəs vəziyyət necədir?
- Necə olacaq? 70 min rus əsgəri öldü, bütün raketlər demək olar ki, tükəndi, çoxlu texnika xarab oldu, partladıldı. Vəziyyət belədir.
- Bəs NATO?
- Nə NATO? NATO hələ gəlməyib!”
Hürr Tərcüman