📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vidadi Muradov vəfat etdi

2021-11-05 09:36:00

Vidadi Muradov vəfat etdi

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov vəfat edib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, V.Muradov bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Noyabrın 1-də isə Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.

İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.