📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLAR

2024-09-23 12:51:11

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olub.