Viktor Orbanın partiyası İsveçin NATO müraciəti ilə bağlı səsverməni əngəlləyib
2023-10-26 10:50:06
Hurriyyet.az xəbər verir ki, Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması müraciəti ilə bağlı səsvermənin keçirilməsi təklifini rədd edib. “Assoieyted Press” (AP) agentliyinin məlumatına görə, bu barədə açıqlamanı müxalif “Demokratik koalisiya” partiyasının deputatı Aqnes Vaday verib.
Vaday deyib: “İsveçin NATO-ya daxil olması təşəbbüsünü parlamentdə mütləq əksəriyyətə malik hakim “Fides” partiyası əngəlləyib. Bu partiyanın lideri Baş nazir Viktor Orbandır. Partiya İsveç siyasətçilərin Macarıstanda demokratiyanın vəziyyəti barəsində “aşkar yalanlar” danışdıqlarını bildirir”.
Hürr Tərcüman