📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Viktoriya Nuland ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə hücum etməyə icazə verməyə çağırıb – The Hill

2024-05-22 14:35:39

Viktoriya Nuland ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə hücum etməyə icazə verməyə çağırıb – The Hill

Viktoriya Nuland ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə hücum etməyə icazə verməyə çağırıb. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini bildirib ki, Rusiya bazaları Ukrayna üçün “ədalətli oyun” olmalıdır.

“Düşünürəm ki, bunun vaxtı çatıb, çünki Rusiya açıq şəkildə bu müharibəni, o cümlədən Xarkova hücumları artırıb. Ona görə də hesab edirəm ki, ukraynalılara Rusiya daxilindəki bu bazaları vurmaqda daha çox kömək etməyin vaxtı çatıb”, deyə Viktoriya Nuland bildirib.

Ülviyyə, Hurriyyet.az