Vilayət Eyvazov 51 polisi işdən çıxarıb - RƏSMİ
2022-03-04 15:55:00
Azərbaycanda cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən il aşkar edilən pozuntulara görə, daxili işlər orqanlarında 168 əməkdaşa intizam tənbehi tətbiq edilib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlərlə onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i isə tutduğu vəzifədən azad edilib.
Həmçinin 117 əməkdaş barəsində digər məsuliyyət tədbirləri görülüb.
Lent.az
