📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilayət Eyvazov bu rayona polis rəisi TƏYİN ETDİ

2022-02-15 19:12:00

Vilayət Eyvazov bu rayona polis rəisi TƏYİN ETDİ

Samux rayon Polis Şöbəsinə yeni təyinat olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Ramil Səfərəliyev daha əvvəl Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini olub.