📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilayət Eyvazov iki polis rəisi ilə bağlı əmr verdi

2022-03-16 11:11:00

Vilayət Eyvazov iki polis rəisi ilə bağlı əmr verdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kadr təyinatı həyata keçirib.

Hurriyyet.az xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vəzifəsindən azad edilib.

Z.Əliyev müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Onun yerinə də təyinat olub. Nazirin əmri ilə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşı 22-ci Polis Bölməsinin rəisi təyin edilib.