Vilayət Eyvazov rüşvət qalmaqalına görə işdən çıxartdığı rəisin yerinə onu TƏYİN ETDİ
2023-01-05 20:10:00
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
Hurriyyet.Az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz DYP-nin rəisi vəzifəsinə Füzuli Əsədov təyinat alıb. O, bu təyinatadək Xızı DYP-nin rəisi olub.
Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi əks olunmuşdu.