📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilayət Eyvazov şəhid övladını yeni vəzifəyə təyin etdi

2023-07-17 17:46:00

Vilayət Eyvazov şəhid övladını yeni vəzifəyə təyin etdi

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi polis mayoru Fərid Məmmədov vəzifəsindən azad edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Digər əmrlə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.