📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilayət Eyvazovdan yeni - Təyinatlar

2022-09-24 11:03:00

Vilayət Eyvazovdan yeni - Təyinatlar

Bakı şəhəri üzrə polis idarələrində yeni təyinatlar baş tutub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Ramil Cəbiyev Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin rəisi vəzifəsinədan azad olunub. O, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə rəis təyin edilib.

Digər əmrlə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzov vəzifəsindən azad edilərək 40-cı Polis Bölməsinə rəis təyin edilib.