Vilayət Eyvazovdan yeni TƏYİNAT
2022-07-09 12:04:00
Daxili işlər orqanlarında kadr təyinatı olub.
Hurriyyet.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Rüfət Məmmədov Bərdə Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini təyin olunub.
O, bundan əvvəl Ağcabədi RPŞ-də eyni vəzifəni yerinə yetirib.