📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilayət Eyvazovdan yeni təyinat

2023-07-31 09:32:00

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni təyinat olub.

Hurriyyet.az Unikal-a istinadən xəbər verir ki, daxili işlər Naziri Vilayət Eyvazovun əmrinə əsasən Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Elnur Ramiz oğlu Heydərli tutduğu vəzifədən azad edilərək, Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elnur Heydərli əvvəllər DiN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində, ondan əvvəl isə Binəqədi və Şəmkir rayon polis idarələrində müstəntiq, baş müstəntiq vəzifələrində işləyib.