📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilayət Eyvazovdan yeni təyinat

2024-04-12 16:36:27

Vilayət Eyvazovdan yeni təyinat

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

Hurriyyet.az xəbər verir ki, APA-nın yerli bürosunum məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Məşədiyev Arif Nazim oğlu Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb. O, bu təyinata qədər İsmayıllı RPŞ DYP bölməsinin rəisi olub. 

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əvvəlki rəisi Azər Ələkbərov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri Xankəndi şəhər Polis şöbəsinin DYP bölməsinə rəis təyin edilib.