Vilayəti: Bu gün Hörmüzün açarı İranın əlindədir
2026-04-12 21:10:32
Bu gün Hörmüz boğazının açarı İranın əlindədir.
Hurriyyet.az report-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "X" sosial şəbəkəsində bildirib.
İslamabadda Tehran və Vaşinqton arasındakı danışıqları şərh edərkən o vurğulayıb ki, İran diplomatiyasının əsas prinsipi İslam Respublikasının maraqlarının qorunmasıdır.
"Boğaz tarix boyu ölkəmizin sərhədlərinin qorunması simvolu olub, bu gün Hörmüz boğazının açarı bizim əlimizdədir", - Vilayəti qeyd edib.