📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Villasında vəhşicəsinə Öldürülən məhşur müğənni

2024-06-20 12:36:08

Villasında vəhşicəsinə  Öldürülən məhşur müğənni

Məşhur çex musiqiçisi və komediya ustası Viktoriya Vera Bliyt Ankaradakı villasında əri David Bliyt tərəfindən öldürülüb. 

Türkiyə mediası xəbər verir ki, vəhşicəsinə baş verən qətlin təfərrüatları məlum olub. 

Çexiya mətbuatına danışan Viktoriyanın dostları onun bu yayı ərindən boşanmağı planlaşdırdığını bildiriblər.

Hadisədən sonra David Tomas Bliyt intihar edib. Qətl zamanı cütlüyün evdə 3 övladının olduğu bildirilib. 

Belə ki, bir gün əvvəl yaşadıqları villada Victoria Vera Bliytin telefonuna gələn mesajlara baxıb.

İddiaya görə, münaqişə elə bu səbəbdən başlayıb və sürətlə böyüyüb. Bliyt həyat yoldaşına silahlı hücum edib.

Hadisədən sonra, cütlüyün ən böyüyü 14 yaşında olan 3 övladı qohumlara təhvil verilib.

Tomas işi üçün Türkiyədə yaşayıb. Qadın isə sonradan həyat yoldaşının yanına gedib.