Vilnüs sammitində Ukrayna NATO-ya dəvət ediləcəkmi?
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Estoniyanın Xarici İşlər naziri Hanno Pevkur 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın NATO üzvlüyü üçün dəvətnamə almasının çətin olacağını hesab elədiyini deyib.
Nazir deyib: “Ukraynanın üzvlüyə dəvət edilməsi çətin ola bilər. Müharibə hələ başa çatmayıb. Estoniya Ukraynanın dəqiq yol xəritəsi alması üçün yazılı müraciət edib. NATO səfirləri hər gün bu işlə məşğuldurlar. Ümid edirik ki, Vilnüs sammiti başlayana qədər bu, hazır olacaq”.
Bəlli olduğu kimi, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni artıq indidən NATO-ya dəvət eləməyə çağırıb. Hətta ölkə alyansa müharibədən sonra qoşulsa da, Zelenski dəvətin indidən edilməsinin tərəfdarıdır.
Hürr Tərcüman