📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vilyam Hacıyevin işi yenidən - Ali Məhkəmədə

2023-11-18 13:53:08

Vilyam Hacıyevin işi yenidən - Ali Məhkəmədə

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyev yenidən Ali Məhkəməyə müraciət edib.

Hurriyyet.az-ın məlumatına görə, eks-icra başçısı barəsində bəraət qərarı çıxarılmasını xahiş edir. Şikayətə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

V. Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü. 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

qafqazinfo.az