Vilyam Hacıyevin oğlu: "Baş prokuror Kamran Əliyevə müraciət etdim ki..."
2022-04-01 21:07:00
Bu gün işdən azad olunan Məhəmməd Hacıyev işdən vəzifədən azad olunması ilə bağlı açıqlama verib.
M.Hacıyev işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.
“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.
Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi. \\Qafqazinfo