📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vinçenzo Montella Türkiyə millisindən qovuldu

2026-10-09 21:29:50

Vinçenzo Montella Türkiyə millisindən qovuldu

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə yolların ayrıldığını elan edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, bu gün TFF İdarə Heyətinin növbədənkənar iclası keçirilib və 5 rəhbər şəxsin istefa verdiyi toplantıda italyan mütəxəssis Montella ilə əməkdaşlığa xitam verilməsi qərara alınıb.

“Türkiyə Futbol Federasiyası İdarə Heyəti bugünkü iclasında növbəti seçkili baş assambleya tarixinə qədər vəzifəsini davam etdirmək qərarına gəlib. İstefa edən iki idarə heyəti üzvünün yerinə İbrahim Özbay və Metin Akyüz təyin olunub. A Milli Komandanın baş məşqçisi cənab Vinçenzo Montella ilə yola davam etməmək qərarı verilib. Həmçinin, istefa verən Baş katib Abdulla Ayazın yerinə Əhməd Ərzurumlu təyin olunub”, – deyə TFF-nin rəsmi internet saytından verilən bəyanatda qeyd olunub.

Xatırladaq ki, FIFA 2026 Dünya Çempionatından kənarda qaldıqdan sonra Türkiyə millisi UEFA Millətlər Liqasında oynadığı 4 matçın hamısında da məğlub olmuşdu.