📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vindovs 12” gəlir – İlk dəfə süni intellekt də daxil ediləcək

2023-03-30 17:31:00

“Vindovs 12” gəlir – İlk dəfə süni intellekt də daxil ediləcək

Hurriyyet.az xəbər veir ki, Amerikanın “Maykrosoft” şirkəti “Vindovs-12” əməliyyat sistemi üzərində işləyir. Yeni sistemdə CorePC platforması süni intellekt əsasında yenilənəcək. Bu barədə “Vindovs Sentral” məlumat verib.

Mətbuata açıqlama verən mənbə deyib: “Vindovs-12 sistemi kontenti analiz edə və  ekranda nəzərdən keçirilən informasiya əsasında layihələrin və əlavələrin tez işə salınması üçün iöuclarını göstərə bilər”.

Onun sözlərinə görə, süni intellektin daxil edilməsi sayəsində yeni sistem təsvirlərdəki mətni və obyektləri tanıya biləcək, istifadəçilər isə bir kliklə bu elementlərin yerini dəyişə və onları ayrı sənədlərə və ya başqa proqramlara əlavə edə bilərlər.

“Vindovs Sentral”ın məlumatına görə, “Vindovs 12”, “Vindovs 10” və “Vindovs 11”-dən daha az həcmə malik olacaq və daha sürətlə yüklənəcək.

Hürr Tərcüman