📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Virtualaz.org” və “Azeri Daily” saytları bağlandı

2022-04-02 19:59:00

“Virtualaz.org” və “Azeri Daily” saytları bağlandı

Tanınmış jurnalist Eynulla Fətullayev rəhbəri olduğu iki saytın bağlanmasına qərar verib.

Azərbaycan dilli "Virtual Azərbaycan” və ingilis dilli "Azeri Daily” saytları fəaliyyətini dayandırıb.

E.Fətullayevin sözlərinə görə, bu addım haqqin.az saytının regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla əlaqədardır:

"Yeni strategiyaya əsaslanaraq, biz öz potensialımızı və maliyyə resurslarımızı haqqin.az saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəldik". \\Sfera.az