📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Virus bizdən bezmədi - ÜST

2022-08-18 12:44:00

Virus bizdən bezmədi - ÜST

Biz bu epidemiyadan bezdik, lakin virus bizdən bezmədi.

Hurriyyet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus söyləyib.

O, koronavirus epidemiyasının narahatlıq doğurmaqda davam etdiyini söyləyərək, son bir həftədə dünyada COVİD-19 səbəbiylə 15 minə yaxın ölümün baş verdiyini və ölümlərin əvvəlki həftə ilə müqayisədə 35 faiz artdığını da vurğulayıb.

Həmçinin o, virusun təkamülünü daha yaxşı izləmək üçün ölkələri test və DNT analizlərin aparılması imkanlarını azaltmamağa çağırıb.