📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Virus serialı: Belçikada meymun çiçəyi karantini

2022-05-23 11:57:00

Virus serialı: Belçikada meymun çiçəyi karantini

Hurriyyet.az xəbər verir ki, Belçika meymun çiçəyi virusuna yaxalananlar üçün 21 günlük icbari karantin qərarını verən ilk ölkə olub. Mətbuatın yazdığına görə, Belçika səhiyyəsinin rəhbərliyi qərarı cümə günü verib.

Virusa yaxalananla icbari şəkildə 21 gün təcrid ediləcək. Onlarla təmasda olanlara isə icbari təcrid tətbiq edilməyəcək.

Belçikada meymun çiçəyi virusuna 4 yoluxma halı qeydə alınıb.

Hürr Tərcüman