📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Virusa münasibəti dəyişib normal həyata geri dönmək vaxtıdır" - NATİQ CƏFƏRLİ

2022-01-26 10:00:00

"Yoluxma artır, sağalanlar da artır, yoluxanlar daha yüngül keçirir, tez də sağalır, günümüzün norması budur"

"Britaniyadan sonra Danimarka da yanvarın 31-dən bütün koronavirus məhdudiyyətlərini, o cümlədən covid-pasportların tətbiqi kimi insan haqqlarını tapdalayan, mənasız qərarları ləğv edir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, dünya virusa münasibətini dəyişir, xəstəliklə birgə yaşamağa öyrənir: "Doğru olan da məhz budur. Bu gün bizdə bəzi saytlar yoluxmanın artması ilə bağlı "tık" xatirinə "qışqıran" başlıqlar atırlar. Etməyin belə, yoluxma artır, sağalanlar da artır, yoluxanlar daha yüngül keçirir, tez də sağalır. Günümüzün norması budur".

Natiq Cəfərli hesab edir ki, panikanı kənara qoyub, virusa münasibəti dəyişib normal həyata geri dönmək vaxtıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az