📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vitali Balasanyan Ermənistana qaçıb?

2023-10-05 12:39:48

Vitali Balasanyan Ermənistana qaçıb?

Qarabağda separatçıların “rəhbərlərindən” olan Vitali Balasanyan Ermənistana qaçıb.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Pastinfo” saytının məlumatına görə, Balasanyan artıq İrəvandadır.

“Onun ürəyində ciddi problem var, hazırda həkim nəzarətindədir, digər təfərrüatlar hələlik məlum deyil”, - sayt yazıb.

Qeyd edək ki, V.Balasanyanın Qarabağdan çıxması ilə bağlı məlumat dəqiq deyil.