📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal - ADİL ƏLİYEVİN OĞLUNUN KÜRƏYİ YANDIRILIB / ÖZƏL

2023-08-28 15:47:57

Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal - ADİL ƏLİYEVİN OĞLUNUN KÜRƏYİ YANDIRILIB / ÖZƏL

Milli Məclisin vitse-spikeri Adil Əliyevlə “ARS Reabilitasiya Mərkəzi” arasında qalmaqal yaranıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin “ARS Reabilitasiya Mərkəzi”ndə prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra Əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.