Vladimir Jirinovski öldü - Rəsmən təsdiqləndi
2022-04-06 14:32:00
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəfat etdiyini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, fevralın 2-dən siyasətçi koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə alır.
“Parlaq, istedadlı siyasətçi. Dünyanın necə işlədiyini dərindən dərk edən və çox şeyi qabaqcadan görən insan. Dövlət Dumasında LDPR fraksiyasının lideri. O, həmişə işlərin sıxlığında idi. Onun şəxsiyyəti o qədər irimiqyaslıdır ki, müasir Rusiyanın siyasi sisteminin inkişaf tarixini onsuz təsəvvür etmək çətindir”, – spiker Telegram-da yazıb.
Teleqraf.com