📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vladimir Putin döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib" - ABŞ İnstitutu

2023-09-25 11:58:21

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyquya döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində S.Şoyqu cəbhədəki vəziyyəti yaxşılaşdırmalı, Ukraynanın əks-hücumlarını dayandırmalı və Rusiya qüvvələrinin daha geniş ərazilərə hücumu üçün şərait yaratmalıdır: “Kreml daxilindəki mənbələr də belə deyirlər. Əgər bu iddialar doğrudursa, hətta Rusiyanın ciddi itkiləri naminə olsa da, gərgin əməliyyatlar başlaya bilər”.

Qeyd olunub ki, hazırda Ukraynanın əks-hücum əməliyyatı son dərəcə dinamik mərhələdədir: “Biz hələ ki inamlı proqnoz verə bilmərik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.